ITSBAKU.COM

Ziyaratçilar üçün

Sərgini ziyarət etməyin səbəbləri?
  • Yeni məhsullar, həllər və texnologiyalarla tanış olmaq
  • Yeni işgüzar əlaqələr qurmaq / mövcud əlaqələri möhkəmləndirmək
  • Təchizatçıların axtarışı/satınalmaların həyata keçirilməsi
  • İşgüzar proqram çərçivəsində tədbirlərdə iştirak etmək
  • Gələcəkdə öz şirkətinizin stendilə iştirakı məqsədilə sərgini araşdırmaq
  • Profil üzrə təhsil və ya tədris fəaliyyəti ilə bağlı sərgi ilə tanış olmaq
  • Ən yeni avadanlıqları əldə etmək
Hörmətli ziyarətçi!

Sərgiyə göstərdiyiniz marağa görə sizə təşəkkür edirik!

Sərgi səfərindən maksimum fayda əldə etmək üçün işinizi əvvəlcədən planlaşdırmağınızı tövsiyə edirik.

Elektron bilet əldə etmək üçün web-səhifədə əvvəlcədən qeydiyyatdan keçin. Sərgiyə daxil olmaq üçün elektron bileti çap etmək, qeydiyyat zonasında təqdim etmək və Baku International Innovation Trade Show 2026 (ITS Baku 2026) tədbirinin ərazisinə daxil olmaq üçün xüsusi beyc (keçid kartı) almaq lazımdır.

Baku International Innovation Trade Show 2026 (ITS Baku 2026) tədbirinə qeydiyyat

ITS Baku 2026 tədbirində iştirak etmək üçün:

  1. Aşağıdakı üsullardan biri ilə qeydiyyatdan keçmək lazımdır:

1.1. Tədbirin rəsmi saytında onlayn qeydiyyat:

  • Tədbirin saytında qeydiyyat formasını doldurun
  • Göstərdiyiniz e-poçt ünvanına göndərilən fərdi elektron bileti əldə edin və çap edin

1.2. Girişdə qeydiyyat:

  • Çap olunmuş elektron və ya dəvət bileti olmadıqda, Bakı Ekspo Mərkəzində sərgiyə girişdə yerləşən qeydiyyat zonalarından birində ziyarətçi anketinin çap olunmuş formasını doldurub imzalayın
  1. Tədbir zamanı qeydiyyat masalarından birində:
  • Çap olunmuş elektron bileti və ya dəvət bileti, həmçinin doldurulmuş anketi təqdim edərək standart nümunəli ziyarətçi badc-i əldə edin

2.1. Daha əvvəl doldurulmuş anketdəki məlumatların yoxlanılması üçün şəxsiyyət vəsiqənizi (və ya pasportunuzu) özünüzlə gətirin

  1. Ziyarətçiyə badc verilməsi onun ITS Baku 2026 tədbirində qeydiyyatdan keçdiyini təsdiq edir
  2. Adına verilmiş badc başqa şəxslərə ötürülə bilməz və tədbirə giriş zamanı mütləq istifadə olunmalıdır

ITS Baku 2026 tədbirinin saytında qeydiyyat formasını doldurmaqla və/və ya sərgiyə girişdə qeydiyyat zonalarında ziyarətçi anketini doldurmaqla ziyarətçi təşkilatçılara aşağıdakı razılığı verir:

  • Şəxsi məlumatlarının sərgi ərazisinə girişin təmin edilməsi və məlumatlandırma məqsədilə işlənməsinə
  • Təşkilatçı ilə müqavilə münasibətlərində olan digər təşkilatlar tərəfindən şəxsi məlumatların işlənməsinə (ziyarətçi kimi qeydiyyat və sərgi fəaliyyətinin audit məqsədləri üçün)
  • e-poçt, telefon, SMS və poçt göndərişləri vasitəsilə, o cümlədən təşkilatçının tərəfdaşları tərəfindən, gələcək sərgi və konqres tədbirləri haqqında məlumat və reklam xarakterli bildirişlərin     göndərilməsinə
  • Bu razılıq 3 (üç) il müddətində qüvvədədir və ziyarətçi tərəfindən yazılı müraciət əsasında istənilən vaxt geri götürülə bilər.
  • Ziyarətçinin şəxsi məlumatları ilə aparılan əməliyyatlara aşağıdakılar daxil ola bilər: toplanma, qeydiyyat, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yenilənmə, dəyişiklik), istifadə, ötürülmə (təqdim etmə, çıxışın təmin edilməsi), bloklama və silinmə.
  • Şəxsi məlumatların emalı həm avtomatlaşdırılmış vasitələrlə, həm də bu vasitələrdən istifadə olunmadan həyata keçirilə bilər.